UEFA Çempionlar liqasının 1-ci təsnifat mərhələsində cavab qarşılaşımaları keçirilib.

Millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi Varşavanın “Legiya” kollektivi Norveçin “Bodo Qlimt” klubunu qəbul edib. İlk oyunda 3-2 hesabı ilə qalib gələn “Legiya” ikinci görüşdə də inamlı təsir bağışlayıb. Oyuna hücumlarla başlayan ev sahibləri 40-cı dəqiqədə istəklərinə çatıblar. Qarşılaşma ərzində baxmlı oyunu ilə diqqət çəkən Mahir Emrelinin ötürməsini Lukas Lima qolla tamamlayıb. Matçda növbəti qol isə əsas vaxtda əlavə olunmuş 5-ci dəqiqədə vurulub. Tomaş Pekqart topu qapıdan keçirib:  “Legiya” – “Bodo Qlimt” 2:0

İki oyunun nəticəsinə görə 5-2 hesabı ilə qalib gələn “Legiya” adını növbəti mərhələyə yazdırıb. Burada isə Polşa klubunun rəqibi Estoniyanın “Flora” kollektivi olacaq.